Toylarda karantini pozan beş nəfər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Toylarda karantini pozan beş nəfər cərimələnib

Qafar Ağayev11:08 - 10 / 12 / 2021
Toylarda karantini pozan beş nəfər cərimələnib

Dekabrın 9-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 117 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər