Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq - FOTO

S.Xankişiyeva17:03 - 11 / 12 / 2021
Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq - FOTO

Azərbaycan şahmat ailəsi Fəxri Xiyabana gələrək Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri o cümlədən kişi və qadın şahmatçılardan ibarət milli komandanın üzvləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

AŞF rəhbərliyi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında ölkə şahmatının və şahmatçılarının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolununun olduğunu bildirib:

«Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək hər bir şahmatçımızın mənəvi borcudur. Azərbaycanda zəngin tarixə malik olan şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı.

Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində, xüsusən də kişilərdən ibarət milli komandamızın üçqat Avropa çempionu adı daşımasında Heydər Əliyevin böyük xidmətləri olub.

Heydər Əliyev hələ balaca yaşlarında şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını verib. İndi həmin uşaqlar dünyanın sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, bunun sayəsində Azərbaycanın hər yerində şahmat məktəbləri açılması yeni-yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb.

Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə ucaldılır, dövlət himnimiz səsləndirilir. Ona görə Heydər Əliyevin şahmata qayğısı daim yaddaşımızda qalacaq

Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan şahmata olan yüksək diqqət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi oldu».

Paylaş:
565

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər