Qubada restoran icarədarı 4000 manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada restoran icarədarı 4000 manat cərimələndi

Qafar Ağayev13:11 - 13 / 12 / 2021
Qubada restoran icarədarı 4000 manat cərimələndi

Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb və icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, restoranın icarədarı olan rayon sakini Elşad Abdullayevin obyektə vaksinsiz müştəri buraxdığı müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər