8 nəfərin zəhərləndiyi dönərxana bağlandı - FOTO
Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən "Dönər market" dönər evinin fəaliyyəti dayandırılıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. "Dönər market" in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.
Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.
Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.
Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.
Mövzu ilə əlaqədar oxuyun:
Bakıda dönərdən zəhərlənənlərin adları məlum oldu – YENİLƏNİB
Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı
AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb