Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Qafar Ağayev10:59 - 13 / 12 / 2021
Daxili İşlər Nazirliyi dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, zəhərlənmə paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər