Rəhman Hacıyev: “Qarabağın dirçəlişi fondumuzun prioritet istiqamətidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: “Qarabağın dirçəlişi fondumuzun prioritet istiqamətidir”

Qafar Ağayev12:15 - 13 / 12 / 2021
Rəhman Hacıyev: “Qarabağın dirçəlişi fondumuzun prioritet istiqamətidir”

Qarabağın dirçəlişi fondumuzun prioritet istiqamətidir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev deyib.

O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu azad edilmiş ərazilərin bərpası işlərində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir.

"Heydər Əliyev Fondu inklüziv yanaşma tətbiq edir və bərpa işlərinə xarici şirkətləri cəlb edir. Bu, çox vacibir, çünki Qarabağın mədəni irsi Azərbaycan mədəniyyətinin olduğu kimi, dünya mədəni irsinin də tərkib hissəsidir", - deyə o bildirib.

R.Hacıyev əlavə edib ki, Heydər Əliyev Fondu ilə əməkdaşlıq uzunmüddətli olacaq və cari layihələrlə məhdudlaşmayacaq.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər