Pensiyaçıların NƏZƏRİNƏ: Ödənişlər bu tarixdə yekunlaşacaq
Respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.
303