Şuşanın bərpasında birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır - Prezidentin xüsusi nümayəndəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın bərpasında birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır - Prezidentin xüsusi nümayəndəsi

S.Xankişiyeva12:47 - 13 / 12 / 2021
Şuşanın bərpasında birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır - Prezidentin xüsusi nümayəndəsi

Şuşa şəhərinin bərpası prosesində birinci dərəcəli tapşırıq mədəni irsin qorunmasıdır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası layihələri üzrə dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, şəhərin bərpası üzrə planın hazırlanmasında Britaniya şirkəti, yerli mütəxəssislər, Şuşada işləyən xarici şirkətlər iştirak edib və xüsusi diqqət koordinasiyaya, tikililərin planlaşdırılmasına yönəldilir.

"Biz şəhərin memarlıq görünüşündə ahəngdarlığı qorumaq üçün ərazinin ümumi landşaftını nəzərə almalıyıq. Bizim birinci dərəcəli tapşırıqlarımız Şuşanın mədəniyyət paytaxtı kimi mədəni irsinin qorunması, abidələrin bərpası və şəhərin gələcək inkişafıdır", - A.Kərimov deyib.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər