Ötən gün qanunsuz saxlanılan 15 ov tüfəngi götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan 15 ov tüfəngi götürülüb

Qafar Ağayev09:15 - 14 / 12 / 2021
Ötən gün qanunsuz saxlanılan 15 ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 2 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər