Müəllimlərə pul yığmağı tapşıran direktorun şok səs yazısı yayıldı - VİDEO

Bakıda orta məktəb direktorlarından birinin səs yazısı yayılıb.
1news.az "ARB"yə istinadən xəbər verir ki, müəssisənin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırıb.
Artıq bir ay əvvəl vatsap qrupunda paylaşılan səsin sahibi də məlum olub. Bu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevadır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəb direktorunun yayılan səs yazısı ilə bağlı araşdırma aparıldığını bildirib:
"Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".
Ətraflı video materialda izləyə bilərsiniz:
1news.az