Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Qafar Ağayev09:15 - 15 / 12 / 2021
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Paytaxtdakı 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər