“Azərxalça” məhsullarını Moskvada təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça” məhsullarını Moskvada təqdim etdi - FOTO

Qafar Ağayev10:09 - 15 / 12 / 2021
“Azərxalça” məhsullarını Moskvada təqdim etdi - FOTO

Dekabr ayının 14-də “Azərxalça” ASC-nin xalçaları növbəti dəfə Moskva sakinlərinə xüsusi təşkil olunmuş Azərbaycan gecəsində təqdim olunub.

Tədbirdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu hər kəsi Azərbaycan gecəsindən salamlayıb. Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarının bir daha əsl Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça” ASC-nin bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizeynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb. Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redakoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ASC ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan xüsusi marağı xüsusi qeyd etdi.

Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.

Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

Qapalı keçirilən “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı Azərbaycan gecəsinin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi, “Azərxalça” ASC və “Detali” ali dizayn məktəbidir.

Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” ASC artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır.

Paylaş:
631

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər