Ağsu sakinlərindən 3 tüfəng götürülüb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakinləri Novruz Novruzov və Qabil Bəşirovdan ümumilikdə 3 ədəd qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.
Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
1news.az


296