Bakıda bu məktəblərdə də əyani dərslər bərpa edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu məktəblərdə də əyani dərslər bərpa edildi

Qafar Ağayev09:24 - 16 / 12 / 2021
Bakıda bu məktəblərdə də əyani dərslər bərpa edildi

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər