Bakı funikulyorunun fəaliyyəti bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı funikulyorunun fəaliyyəti bərpa edilib

10:32 - 16 / 12 / 2021
Bakı funikulyorunun fəaliyyəti bərpa edilib

Bakı funikulyorunun fəaliyyəti 21 aydan sonra bərpa edilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlı idi.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq paytaxta gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı 1 manatdır.

1news.az

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər