Üç aylıq körpənin meyiti su quyusundan tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç aylıq körpənin meyiti su quyusundan tapıldı

10:21 - 17 / 12 / 2021
Üç aylıq körpənin meyiti su quyusundan tapıldı

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su quyusundan üç aylıq körpənin meyiti aşkarlanıb.

1news.az bildirir ki, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.

Amma hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər