“By CafeCity” təqdim edir: “Gənclik” parkında “CityPark” restoranı açıldı - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“By CafeCity” təqdim edir: “Gənclik” parkında “CityPark” restoranı açıldı - FOTO

Qafar Ağayev12:15 - 17 / 12 / 2021
“By CafeCity” təqdim edir: “Gənclik” parkında “CityPark” restoranı açıldı - FOTO

Yayın sonlarında Bakının Xətai rayonunun ərazisində açılan "Gənclik" parkı tez bir zamanda paytaxt sakinlərinin və qonaqların sevimli istirahət və gəzinti (əyləncə) məkanına çevrildi.

Parkda uzun müddət gəzəndən sonra təmiz havanın təsirindən iştah açılır. Belə hallarda adətən nəsə dadlı yeməklə yanaşı, ailə, dost ortamında yaxşı istirahət etmək üçün rahat yer axtarışında olursan. Bunun üçün 15 dekabrdan "Gənclik" parkında fəaliyyətə başlayan və uzun illər boyu Bakının restoranlar aləmində dadlı mətbəxi, maraqlı konsepsiyaları və yüksək keyfiyyətli servisi ilə tanınan "By CafeCity" şəbəkəsinin növbəti layihəsi hesab olunan "CityPark" restoranı ideal seçimdir.

Bura ayağınızı qoyar-qoymaz özünüzü maksimum komfort və doğma atmosfer zonasında hiss edəcəksiniz - bura böyüklər kimi uşaqlar üçün də maraqlı və rahat yerdir. Hər zövqə uyğun bir-birindən ləzzətli yeməklərdən ibarət rəngarəng və eksklüziv menyusu və bütövlükdə yüksək dərəcəli servisi, rahat və geniş interyeri, məşhur musiqiçilərin canlı ifaları, zövqlü musiqi tərtibatı ilə "CityPark" elə ilk baxışdan görənləri özünə heyran edir.

Xəzər dənizinə və Bakının sayrışan işıqlarına möhtəşəm mənzərəsi olan iki böyük terrası bu yeni məkanı digərlərindən fərqləndirməklə yanaşı, onu Instagram üçün də dəbli və sevimli məkana çevirəcək; burada çəkdirəcəyiniz mükəmməl fotolar sosial şəbəkələrdəki səhifələrinizi bəzəyəcək. "CityPark" - uşaqlarınızla istənilən vaxt dadlı səhər yeməyi yemək, nahar və şam etmək üçün gözəl məkan olmaqla yanaşı, həm də ailəniz və dostlarınızla birgə əyləncəli gün keçirmək üçün ideal seçimdir. Burada hər şey - xidmət, ab-hava Sizin istirahətiniz, rahatlığınız, məmnuniyyətiniz üçün nəzərdə tutulub.

"CityPark" sakitliyi və hüzuru üstün tutanları da unutmayıb - burada olan xüsusi kabinələrdə onlar rahat şəkildə özəl məsələlərini müzakirə edərək ləziz təamlardan dada bilərlər.

"Biz perfeksionist qonaqlarımıza burada hər şeyin mükəmməl olacağına əminliklə söz veririk. Gözəl atmosfer, təcrübəli personal, mehriban kollektiv, peşəkar aşpazlar və keyfiyyəti üstün tutmağımız bizdə daimi qonaqlarımızın yanında hər zaman başıuca olacağımıza və yeni müştərilər qazanacağımıza inam yaradır" deyən "By CafeCity" komandasının sözlərinə görə, restoran hər yerdə və hər şeydə rahatlığı sevənlər və ona dəyər verənlər üçün ən yaxşı yer olacaq.

Daha bir vacib məqam - Yeni ilə sayılı günlər qalıb. "CityPark"da yeni il axşamı üçün masa sifariş etməyə tələsin! Burada Sizi ləziz bayram menyusu ilə yanaşı, gözəl musiqili şou-proqram gözləyir. Bu barədə linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz:

Rezervasiya üçün əlaqə nömrələri: +99455-988-02-05; +99450-988-02-05.

"CityPark" restoranı sosial şəbəkələrdə - Instagram, Facebook.

Reklam hüququnda

Paylaş:
1264

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər