Dünən ictimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən ictimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb

S.Xankişiyeva10:14 - 18 / 12 / 2021
Dünən ictimai yerlərdə 9 koronavirus xəstəsi aşkarlanıb

Dekabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər