DİN vətəndaşlardan 16 ov tüfəngi götürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN vətəndaşlardan 16 ov tüfəngi götürüb

S.Xankişiyeva10:04 - 18 / 12 / 2021
DİN vətəndaşlardan 16 ov tüfəngi götürüb

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər