Ombudsmanın faktaraşdırıcı missiyası Ağdamda olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsmanın faktaraşdırıcı missiyası Ağdamda olub

16:42 - 20 / 12 / 2021
Ombudsmanın faktaraşdırıcı missiyası Ağdamda olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun Aparatı faktaraşdırıcı missiya üzrə Ağdam rayonunda səfərdə olub.

1news.az-ın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də bildirib.

O qeyd edib ki, Ombudsman və onun Aparatı faktaraşdırıcı missiya üzrə Ağdam rayonunun Qarağacı və Uzundərə qəbiristanlıqlarını ziyarət edib, erməni vandalizminin şahidi olublar.

1news.az

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər