Bu gün Azərbaycana qış fəsli daxil olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycana qış fəsli daxil olacaq

08:50 - 21 / 12 / 2021
Bu gün Azərbaycana qış fəsli daxil olacaq

Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 19:59-da Azərbaycana qədəm qoyacaq.

1news.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

1news.az

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər