Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı

08:57 - 21 / 12 / 2021
Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı

Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib. O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi qaytarılmış hərbi qulluqçuların adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi.

1news.az

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər