Nazir müəllimin uzun saçlı oğlanı qız kimi təqdim etməsilə bağlı məsələyə münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müəllimin uzun saçlı oğlanı qız kimi təqdim etməsilə bağlı məsələyə münasibət bildirib

S.Xankişiyeva11:39 - 21 / 12 / 2021
Nazir müəllimin uzun saçlı oğlanı qız kimi təqdim etməsilə bağlı məsələyə münasibət bildirib

Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl Bakıda məktəblərin birində müəllimin uzun saçı olan oğlanı sinfə qız kimi təqdim etməsi ilə bağlı məsələyə münasibət bildirib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, nazir keçirdiyi brifinqdə bildirib ki, müəllim bununla bağlı izahat yazıb: “1,5 milyondan çox şagirddən birini 150 min müəllimdən biri saçını uzun olduğuna görə qıza oxşada bilər. Əvvəllər də belə hallar olub, sosial şəbəkələr olmadığına görə ictimailəşdirilməyib.

Mən demirəm bu düzdür, amma belə hallar ola bilər. Kiminsə səsindən əks-cinsə oxşada bilərik. Təklif edirəm, gedin o müəlliməni də tapın, qoy o da öz həqiqətini danışsın. Mən bu məsələdə müəllimin qəsdən belə etdiyinə inanmıram. Həqiqətən də belə ola bilər”.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər