Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qafar Ağayev13:01 - 22 / 12 / 2021
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Sabirabad rayonu Kürkəndi kənd sakini İslam Cəbrayılova COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər