Vaqif Əsədovdan hava şəraitini ilə bağlı sürücülərə və piyadalara TÖVSİYƏ
“Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb”
1news.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Şöbə rəisi bildiirb ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır.
“Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaqdır. Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir”.
“Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir” – deyə, V.Əsədov əlavə edib:
“Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər”.