Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı bahalı hotellərdə xərcləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı bahalı hotellərdə xərcləyib

S.Xankişiyeva12:48 - 22 / 12 / 2021
Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı bahalı hotellərdə xərcləyib

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər