Bakı metrosu qışa hazırdır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu qışa hazırdır?

Qafar Ağayev13:53 - 23 / 12 / 2021
Bakı metrosu qışa hazırdır?

Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunaşdırılıb. .

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən 1news.az-a bildirilib ki, fəaliyyəti, əsasən, yerin altı ilə əlaqədar olan metropoliten üçün bu məsələdə şəhərin yerüstü xidmət sahələrindən böyük fərqi yoxdur, bəzi hallarda daimi nəzarət tələb etdiyindən daha böyük zəhmət tələb edir.

Hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühitini və qatarların normal işinə təsirsiz ötüşmür. Bu səbəbdən “Qışa yaydan hazırlaş” prinsipinə uyğun olaraq, metropolitendə ilin qarlı-şaxtalı günlərinə hazırlığa hər il iyun ayından gec olmayaraq başlanılır. “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun bütün xidmət sahələrinin yerinə yetirməli olduğu tədbirlər, işlərin miqyası, məzmunu tam əhatəli olmaqla konkret göstərilir. Hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilir və tapşırıqların icra müddəti qeyd olunur. Metropolitenin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə xüsusi komissiya ay ərzində ən azı bir dəfə olmaqla çatışmazlıqları, qarşıya qoyulan vəzifələri təhlil edir və hesabatlar hazırlayır.

Qış fəslinin, əsasən, qarlı-çovğunlu günləri qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər. Hazırlıq tədbirləri isə daha çox “Nərimanov” elektrik deposunun yolları ilə bağlı olur. Qışın qarlı günlərində qatarların hərəkəti üçün maneələr açıq hava şəraitində olan park yollarında yaranır. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqlara gətirib çıxara bilər. Nəticədə, depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.

Yol təsərrüfatında qışa hazırlıq payızın ilk ayında başa vurulub. Əvvəlcə qarla mübarizə işinin operativ planı hazırlanıb. Yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlərlə komplektləşdirilməsi yekunlaşdırılıb. Sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.

Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib. Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb.

Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir.

Qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlər plan üzrə müntəzəm yerinə yetirilir.
Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib. Bu zaman stansiya pilləkənləri nəzarətdə saxlanılacaq, sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələr aradan qaldırılacaq. Şiddətli qar yağıntısı zamanı Qarla mübarizə qərərgahından zərurət yaranan stansiyaya təhkim olunmuş işçilər dəvət ediləcək.

Görülən işlərə əsasən, metropoliten qarlı-şaxtalı günlərdə iş ahəngini qorumağa hazırdır.

Paylaş:
359

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər