BNA 2021-ci ildə ictimai nəqliyyatla bağlı hansı işləri görüb? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA 2021-ci ildə ictimai nəqliyyatla bağlı hansı işləri görüb? - FOTO

Qafar Ağayev16:32 - 23 / 12 / 2021
BNA 2021-ci ildə ictimai nəqliyyatla bağlı hansı işləri görüb? - FOTO

Bakı Nəqliyyat Agentliyi 2021-ci il ərzində "İctimai nəqliyyat"ın fəaliyyəti üzrə görülən işlər barədə məlumat verib.

1news.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi 2021-ci ildə 150 yeni avtobus alıb.

Qeyd olunub ki, il ərzində 269 yeni dayacaq məntəqəsi təşkil edilib. 579 avtobus nağdsız ödənişə keçirilib. 14 yeni müntəzəm marşrut xətti yaradılıb. 7 müntəzəm marşrut xətti yenilənib. 42 marşrut xətti optimallaşdırılıb.

“Ötən il ilə müqayisədə səyahətlərin sayı 11 faiz artıb” – deyə, məlumatda bildirilib:

“Pandemiya dövründə bu sahənin dayanıqlılığı təmin edilib. Marştur şəbəkəsinin 49 faizinin dövriyyəsi şəffaflaşdırılıb. Gündəlik 800 minə yaxın sərnişin nağdsız ödənişdən istifadə edir. “Bakıkart” balansının onlayn qaydada artırılması xidməti istifadəyə verilir”.

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər