Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (24.12.21, saat 10:00-a).
1news.az-a AAYDA-dan verilən məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu: yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollaraq qum-duz səpilib. Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi-Xızı: 3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Muğanlı-İsmayıllı: yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki: yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi: marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Şəki-Göybulaq: yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy: yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq: marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi: marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Masallı-Yardımlı: Yardımlı rayonu ərazisində qar yağır, 5-6sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.
Lənkəran-Lerik: Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur.
Bakı-Ələt-Hacıqabul: yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul-Ucar-Yevlax: yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.