COVID-19 pasportu olmayan daha 18 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 pasportu olmayan daha 18 nəfər toya buraxılmadı

S.Xankişiyeva10:43 - 25 / 12 / 2021
COVID-19 pasportu olmayan daha 18 nəfər toya buraxılmadı

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər