COVID xəstəsi aparan təcili yardım maşını qəzaya uğradı, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID xəstəsi aparan təcili yardım maşını qəzaya uğradı, xəsarət alanlar var

17:19 - 27 / 12 / 2021
COVID xəstəsi aparan təcili yardım maşını qəzaya uğradı, xəsarət alanlar var

Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşüb.

1news.a APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16 radələrində Şəki şəhərində Salman Mümtaz küçəsində baş verib.

Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1news.a

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər