Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi - FOTO

09:21 - 27 / 12 / 2021
Rusiya Federasiyası Ali Məhkəməsinin sədri ilə məhsuldar ikitərəfli görüş keçirildi - FOTO

Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qaraqurbanlı (Ramin Qurbanov) ilə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Mixayloviç Lebedev arasında ikitərəfli görüş baş tutdu.

1news.az xəbər verir ki, görüşdə tərəflər ədliyyənin səmərəliliyini, pandemiya dövründə ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətlərini və Rusiya Federasiyası Ali Məhkəməsi ilə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

1news.az

Paylaş:
1121

Son xəbərlər

Bütün xəbərlər