I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb

15:50 - 28 / 12 / 2021
I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlayıb.

DİM-dən verilən məlumata görə, proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycanrus dillərində) tanış ola bilərsiniz.

1news.az

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər