Azərbaycanda “COVID” pasportların vaxtına məhdudiyyət qoyulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “COVID” pasportların vaxtına məhdudiyyət qoyulur

Qafar Ağayev17:27 - 28 / 12 / 2021
Azərbaycanda “COVID” pasportların vaxtına məhdudiyyət qoyulur

“Fevralın 15-dən Azərbaycanda vaksin sertifikatlarının və immunitet sertifikatının vaxtına məhdudiyyət qoyulur”

1news.az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

“Fevral ayını 15-dən sonra “Covid pasportlarının” 2-ci dozadan sonra müddəti 6 ay müəyyən edilir. 6 aydan sonra kovid sertifikat qüvvədən düşmüş olur. Hal-hazırda müəyyən yerlərə yalnız “COVID” pasportla daxil olmaq mümkündür. Vaxtı keçmiş “COVID” pasportla həmin məkanlara girmək mümkün olmayacaq”.

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər