Operativ Qərargahdan yas mərasimləri ilə bağlı açılqama | 1news.az | Xəbərlər
Cəmiyyət

Operativ Qərargahdan yas mərasimləri ilə bağlı açılqama

17:36 - 28 / 12 / 2021
Operativ Qərargahdan yas mərasimləri ilə bağlı açılqama

Toylarda pandemiya tələblərinə nəzarət etmək daha asandır, yas mərasimlərində isə bunu etmək nisbətən çətindir. Yas mərasimlərində təmasların daha yaxın olması da virusun daha sürətli yayılması üçün şərait yaradır.

1news.az-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi bildirib ki, bütün qərarlar elmi əsaslarla bağlıdır. Buna görə də yas mərasimləri ilə bağlı məhdudiyyət qüvvədədir.

Onun sözlərinə görə, növbəti mərhələlərdə yas mərasimlərinin icazə verilməsinə də baxıla bilər.

1news.az

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər