Bakıda şüşə sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şüşə sexində yanğın olub

Qafar Ağayev09:21 - 28 / 12 / 2021
Bakıda şüşə sexində yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 180 m² olan bir dam altında tikilən (əsasən taxta və lambirindən ibarət) müxtəlif təyinatlı obyektlərdən (kafe, sex və s) sahəsi 68 m² olan şüşə sexinin yanar konstruksiyaları 47 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan sahəsi 9 m² olan mağazanın tavanı 4 m² sahədə və sahəsi 34 m² olan kafenin tavanı 4 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər