Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib

10:39 - 28 / 12 / 2021
Bakıda bankomatdan pul çıxaran qadına xəsarət yetirilib

Bakıda 42 yaşlı qadın hücuma məruz qalaraq xəsarət alıb.

1news.az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Aydın qızı bankomatdan pul çıxararkən tanımadığı şəxs ona xəsarət yetirib.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdirma aparılır.

1news.az

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər