Yol polisi nasaz avtomobillərin sürücülərinə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi nasaz avtomobillərin sürücülərinə xəbərdarlıq etdi

S.Xankişiyeva10:24 - 28 / 12 / 2021
Yol polisi nasaz avtomobillərin sürücülərinə xəbərdarlıq etdi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin nasazlıqları ilə bağlı sürücülərə müraciət edib.

1news.az-a İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, “Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilib.

O deyib ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsində bu nasazlıqlar şəxsin iradəsindən aslı olmadan, yəni vaxtında, düzgün texniki qulluq edilmədən aşkarlanarsa, sürücünün 50 manat məbləğində cərimə olunması nəzərdə tutulur: “Lakin sürücü nəqliyyat vasitəsinin istehsalçı tərəfindən müəyyən edilmiş konstruksiyana əlavə və dəyişikliklər edərsə, ona İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə uğun olaraq, 150 manat cərimə tətbiq edilir.

Hər bir sürücünün “Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə uyğun olaraq, vəzifələri var. Bu vəzifələrin içərisində avtomobilini tam saz vəziyyətində idarə etməsi də onun məsuliyyətidir. Əks təqdirdə, nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarə olunması inzibati xəta tərkibi yaratmaqla yanaşı yol-nəqliyyat hadisələrində baş vermiş hadisənin ağırlıq dərəcəsinə, yəni xəsarətin az ağır və ağır, eyni zamanda, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində avtotexniki ekspertiza müəyyən edildikdən sonra avtomobilin nasaz vəziyyətdə idarə olunmasına görə sürücü cinayət tərkibli əməldə təqsirli hesab oluna bilər”.

“Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini idarə edərkən onun sazlığına mütamadi şəkildə diqqət yetirsinlər. İnzibati xətai ilə yanaşı daha ağır məsuliyyətin yarandığı hallarda avtomobilin nasaz vəziyyətdə olması faciələri qaçılmaz edir və şəxsin məsuliyyətinin daha da ağırlaşmasına səbəb olur. Bu baxımdan bir daha sürücülərə avtomobilləri saz vəziyyətdə saxlamağı və qanunvericiliyin tələblərinə riayət etmələri xahiş edirik. Qarşıdan gələn istirahət günlərində sazlığına əmin olmadığınız avtomobillərlə uzaq məsafələrə səfər etməməyi və bu müddət ərzində fürsətdən istifadə edib istismar etdiyiniz avtomobillərin nasazlıqlarının aradan qaldırılmasını da xahiş edirik!”, - İdarə rəsmisi vurğulayıb.

Paylaş:
456

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər