Dünən 58 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən 58 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:53 - 28 / 12 / 2021
Dünən 58 nəfər toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 27-də Bakıda və respublikanın digər ərazilərində 193 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər 188 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, bir şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. COVID-19 pasportu olmadığına görə 58 nəfər toy şənliklərinə buraxılmayıb.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər