Bu ilin son iş gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin son iş gününə olan hava proqnozu açıqlanıb

13:31 - 29 / 12 / 2021
Bu ilin son iş gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər