Bakı şəhərində ən çox çirklənən ərazi AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhərində ən çox çirklənən ərazi AÇIQLANDI

14:03 - 29 / 12 / 2021
Bakı şəhərində ən çox çirklənən ərazi AÇIQLANDI

"İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciət daxil olub".

1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib:

"Araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib: “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs öhdəsinə düşəni etməlidir".

Xidmət rəisi 2021-ci ildə havanın ən çox çirklənməsinin Lökbatanda qeydə alındığını da diqqətə çatdırıb. Bunun nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəli olduğunu deyən U.Tağıyeva əlavə edib ki, çirklənmə göstəricisi ən çox isti dövrdə müşahidə olunur.

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər