Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

Qafar Ağayev09:31 - 29 / 12 / 2021
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub - FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

1news.az xəbər verir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.

Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
352

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər