Bakı-Sumqayıt qatarı bayramda bu qrafiklə işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarı bayramda bu qrafiklə işləyəcək

Qafar Ağayev13:12 - 30 / 12 / 2021
Bakı-Sumqayıt qatarı bayramda bu qrafiklə işləyəcək

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarları hərəkət cədvəli açıqlanıb.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən 1news.az-a verilən məlumata görə, 31 dekabr, 1 yanvar və 4 yanvar qeyri-iş günləri olduğuna görə həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

  • Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar
  • Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar
  • Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar
  • Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar
  • Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar
  • Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 2 və 3 yanvar (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər