Qəhrəman şəhidimiz Zaur Əsədzadə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəhrəman şəhidimiz Zaur Əsədzadə - VİDEO

16:24 - 30 / 12 / 2021
Qəhrəman şəhidimiz Zaur Əsədzadə - VİDEO

Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı reportajımız Beyləqan sakini Zaur Əsədzadə haqqındadır.

2-ci Qarabağ Müharibəsi başlayan zaman hərbi xidmətdə olan Zaur döyüşlərdə böyük şücaət göstərib. O, ötən il oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

2-ci Qarabağ Müharibəsinin qəhrəmanlarından olan Zaur Əsədzadə 2002-ci ildə Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətdə olarkən vətən müharibəsi başlayıb. Zaur Əsədzadə döyüşlərdə böyük şücaət göstərərək silahdaşlarının böyük rəğbətini qazanıb. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal rol oynayıb. O, ötən il oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb.

Vəzifə borcunu böyük şərəflə yerinə yetirən qəhrəmanımızla həm ailəsi, həm bütün azərbaycan xalqı fəxr edir.

Zaur Əsədzadə şəhadətindən sonra "Vətən uğrunda" və ''Suqovuşanın azad olunmasına görə '' medalları ilə təltif edilib.

Xəzər xəbər-in hazırladığı sujeti təqdim edirik:

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər