Teymur Musayev: Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur | 1news.az | Xəbərlər
Cəmiyyət

Teymur Musayev: Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur

Qafar Ağayev16:34 - 30 / 12 / 2021
Teymur Musayev: Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur

Dekabrın 30-da Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən iclas keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsinin ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb.

“Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır. 2003-cü ildən etibarən ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub” - o bildirib.

Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev pandemiya şəraitində respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atıldığını qeyd edib.

“Pandemiyanın ilk günlərindən Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib. Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı nüfuzu sayəsində bütün platformalarda hazırlanan vaksinlər ölkəyə gətirilib. Bunun nəticəsidir ki, bu gün ölkə vətəndaşları gücləndirici ("buster") doza ilə aktiv şəkildə peyvənd olunur” - nazir müavini bildirib.

Sonda T.Musayev vurğuladı ki, Azərbaycan səhiyyəsi qlobal epidemiya ilə mübarizə günlərində özünü ən yaxşı tərəfdən göstərib.

“Belə ki, 2021-ci ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadəsi, işğaldan azad edilmiş ərazilərdə səhiyyə ocaqlarının inşası və sair istiqamətlərdə mühüm addımlar atılıb. Eyni zamanda, cari ildə Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinə sanatoriya-kurort və müalicə-bərpa xidmətləri mütəmadi olaraq təşkil edilib. Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur və biz bütün diqqətimizi bu problemlərin həllinə yönəltməliyik. İnanıram ki, qısa müddətdə müsbət nəticə əldə olunacaq".

Sonra nazirliyin şöbə müdirlərinin 2021-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib.

İclasın sonunda şöbə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Paylaş:
326

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər