Qovaq ağaclarını kəsdi - Polis işə qarışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qovaq ağaclarını kəsdi - Polis işə qarışdı - VİDEO

17:50 - 30 / 12 / 2021
Qovaq ağaclarını kəsdi - Polis işə qarışdı - VİDEO

Qəbələ rayonunun Nic qəsəbəsində diametrləri 50-60 sm olan iki qovaq ağacı kəsilib, üçüncüsünün kəsilməsinə isə qəbələ polisi mane olub. Ağacların kəsilməsi ilə bağlı heç bir rəsmi icazəsi olmayan park əməkdaşı hadisənin necə baş verməsi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Parkın hasarının arxasında, yol kənarında olan irigövdəli iki qovaq ağacı budanaraq kəsilib, üçüncüsu budanma ərəfəsində olarkən, polis əməkdaşları işləri yarımçıq saxlayıb. Hadisə Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzi parkının yanında baş verib.

Parkın nəzarətçisi Alət Baxışov ağacların parkın divarını çatlatdığını və bura istirahətə gələn insanlara təhlükə törətdiyini deyir.

Azər Baxışov ağacların kəsilməsinə qəsəbə icra nümayəndəsinin tapşırıq verdiyini bildirsə də, icra nümayəndəsi İbrahim Məmmədov bundan xəbərsiz olduğunu deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ağacların kəsilməsi üçün heç bir rəsmi sənəd verilməyib. Hazırda Qəbələ rayon Polis şöbəsinin sorğusuna əsasən, əraziyə mütəxəssislər baxış keçirərək və dəyən ziyanın məbləği müəyyənləşdiriləcək.

Xəzər xəbər-in hazırladığı sujeti təqdim edirik:

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər