Sabahdan Azərbaycanda Yeni il tətili başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Azərbaycanda Yeni il tətili başlayır

10:56 - 30 / 12 / 2021
Sabahdan Azərbaycanda Yeni il tətili başlayır

Sabahdan etibarən Azərbaycanda yeni il tətili başlayır.

1news.az-ın xəbərinə görə, Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günüdür.

1news.az

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər