Bakı metrosunun iki stansiyasında konsert proqramı təşkil edilib – FOTO
“Bakı Metropoliteni” QSC 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “İçərişəhər” və “28 May” stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib.
Bu barədə 1news.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartetin təqdim etdiyi canlı musiqi bu dəfə Yeni ilin gəlişini bildirən musiqi parçaları bəzəyib. Musiqi sədaları bu iki stansiyaya daxil olan sərnişinlərin bayram ovqatını daha da yüksəldib.
Konsert proqramı 2022-ci ilin ilk günü – yanvarın 1-də davam etdiriləcək.
602