Vüqar Rəhimzadə: 2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: 2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik

S.Xankişiyeva13:57 - 31 / 12 / 2021
Vüqar Rəhimzadə: 2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik

Azərbaycan tarixinin uğur səhifələrini zənginləşdirən daha bir ili arxada qoyuruq. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alıb “2021-ci il ölkəmizin təqdimatına hansı əlavələri etdi” sualını cavablandırmaq istədik.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur ki, artıq uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanımıza baxış keçiririk. Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın bu gününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 2021-ci ilin uğurlarla zəngin bir il kimi tarixə qovuşmasını şərtləndirən digər amil isə xalqımızın birliyi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsidir.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizə səfərlərində bu fikri daim bəyan edir ki, 44 günlük Vətən müharibəsində birliyimiz sayəsində tarixi Zəfərə necə nail olduqsa, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa və quruculuq işlərini uğurla həyata keçirəcək və Böyük Qayıdışı təmin edəcəyik. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi sahibinə qovuşan torpaqlarımıza hər bir səfəri Böyük Qayıdışı yaxınlaşdırır. Bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılması, yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı 2021-ci ili səciyyələndirən uğurlar sırasındadır.

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib.

Tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqi istiqamətində atılan addımların və əldə edilən nəticələrin davamlı olduğunu qeyd edən Vüqar Rəhimzadə deyib: “İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenilənməsi prioritetdir. Dövlətimizin başçısının Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yolunun tikintisinə başlanıldı və cari ildə istifadəyə verildi. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi Füzuli Beynəlxalq Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası davam edir. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında ölkə Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Bu, qardaşlığımızın dünyaya növbəti təqdimatı kimi dəyərləndirilir. Türkiyə Prezidenti işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. İyun ayının 15-də, Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşamız qardaş ölkənin Prezidentini qarşıladı və Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində ilk pilot layihənin icrası ilə tanışlıq oldu, həmçinin Türkiyə-Azərbaycan birliyinin təntənəsi olan növbəti investisiya layihəsinin - “Dost Aqropark”ın təməli qoyuldu”.

V.Rəhimzadə 2021-ci ilin Azərbaycanın həyatında uğurlarla zəngin il olduğunu önə çəkərək diqqəti Azərbaycanın təşəbbüsü ilə üç dost ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin toplantısına və Bakı Bəyannaməsinin imzalanmasına yönəldib. Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması dünyaya bu birliyin sarsılmazlığının, bundan sonra daha da möhkəmlənəcəyinin təqdimatı oldu.

Tarixi Zəfərimizin bölgədə və dünyada yeni reallıq yaratdığını, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bu reallıqlarla barışmağa çağırışlar edildiyini söyləyən YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın bu bir ildə qazandığı diplomatik uğurlardan və dünya güclərinin reallıqları qəbul etməsindən bəhs edib: “2021-ci ilin yanvarında Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin təsdiqidir. Azərbaycan təkmil sülh modelini təklif etməklə yanaşı, bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Bu, işğalçı Ermənistana və ona dəstək verən bəzi dövlətlərə ciddi mesajdır. Artıq 30 illik işğal dövrünün deyil, postmünaqişə mərhələsinin reallıqları ilə yaşamaq lazımdır. Bu reallıqlar isə kommunikasiyaların açılmasını, yolların çəkilişini, iqtisadi əlaqələrin qurulmasını diktə edir ki, bu da öz növbəsində dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini bir tələbə çevirir”.

V.Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açdı. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin proqram xarakterli, Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında dayanan problemlərin həllində daha fəal iştirak edəcək. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin Birinci müavini təyin edildi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasında rəhbər strukturda təmsil olunmaqla Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir. Xalqımız tam əmindir ki, hər bir ili təkmil islahatları, düşünülmüş siyasəti ilə tariximizə zəngin il kimi yazan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq, qarşıdan gələn 2022-ci il bütün dünya azərbaycanlılarına Böyük Qayıdış sevincini yaşadacaq.

Paylaş:
376

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər