Ağdamda ekskovator minaya düşüb

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində ekskovatora ziyan dəyib, 1978-ci il təvəllüdlü sürücü Vurğun Məmmədov isə xoşbəxtlikdən hər hansı xəsarət almayıb.
Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
1news.az
325